Böyük Britaniyada koronavirusun yeni ştammları aşkarlandı

Böyük Britaniyada koronavirusun yeni ştammları aşkarlandı Yeni varianta Böyük Britaniyada 77 yoluxma halı məlumdur
Digər ölkələr
16 Aprel , 2021 17:04
Böyük Britaniyada koronavirusun yeni ştammları aşkarlandı

Böyük Britaniyada COVID-19-un yeni ştammları aşkarlanıb.

“Report” xəbər verir ki, İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni ştamma Böyük Britaniyada 77 yoluxma halı məlumdur.

VUI-21-APR-01 kodu verilən həmin növün E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.

“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, - deyə açıqlamada qeyd olunur.

Son xəbərlər

Orphus sistemi