Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 14,5 mini ötdü

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 14,5 mini ötdü Böyük Britaniyada son sutkada 847 nəfər COVID-19-un qurbanı olub.
Digər ölkələr
17 Aprel , 2020 17:20
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 14,5 mini ötdü

Böyük Britaniyada son sutkada 847 nəfər COVID-19-un qurbanı olub.

“Report” xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 14 576-ya çatıb. Yoluxma faktlarının sayı daha 5 599 nəfər artaraq 108 692-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 205 000-i ötüb. Bunların 558 168 nəfəri sağalıb, 148 634 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi