Böyük Britaniyada koronavirusa yoluxanların sayı artır

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artır Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb.
Digər ölkələr
9 Fevral , 2020 16:18
Böyük Britaniyada koronavirusa yoluxanların sayı artır

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş həkimi, professor Kris Uitti bildirib. 

“Daha bir xəstədə koronavirus aşkarlandı. Böyük Britaniyada yoluxanların ümumi sayı 4 nəfərdir. Son yoluxma Fransada yoluxmuş xəstədən keçib”, - o deyib.

Sözügedən xəstənin hazırda Londondakı xəstəxanada müalicə aldığı da qeyd edilib.

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 813 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfər koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Artıq Çin Milli Səhiyyə Komitəsi kod adı 2019nCoV olan virusu "Yeni koronavirus pnevmoniyası" (NCP) adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatı isə epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi