Böyük Britaniyada Aİ vətəndaşları üçün vizalar tətbiq edilə bilər

Böyük Britaniyada Aİ vətəndaşları üçün vizalar tətbiq edilə bilər Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən saziş imzalanmadan çıxarsa (“sərt Brexit”), ölkə ərazisində üç aydan çox qalacaq Aİ vətəndaşları üçün viza rejimi tətbiq olunacaq.
Digər ölkələr
29 Yanvar , 2019 14:37
Böyük Britaniyada Aİ vətəndaşları üçün vizalar tətbiq edilə bilər

Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən saziş imzalanmadan çıxarsa (“sərt Brexit”), ölkə ərazisində üç aydan çox qalacaq Aİ vətəndaşları üçün viza rejimi tətbiq olunacaq.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Səcid Cavid bildirib.

O deyib: “Böyük Britaniyanın biznes üçün açıq qalmasını təmin etmək üçün əməli yanaşma göstərərək mümkün pozuntuları minimuma endirməliyik. Ona görə də məhdud müddətə malik keçid mexanizmləri tətbiq edərək martın 29-dan sonra bizə gələcək Aİ vətəndaşlarına müvəqqəti yaşayış üçün icazələr verəcəyik".

Xatırladaq ki, “sərt Brexit” variantı baş tutarsa, Böyük Britaniyaya martın 29-dan sonra Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları üç aydan artıq ölkə ərazisində qalacaqları təqdirdə müvəqqəti yaşayış üçün icazə alacaqlar. Üçillik veriləcək bu statusu almaq üçün müvafiq rüsum ödəyərək bəzi sənədləri rəsmiləşdirmək lazım gələcək.

Son xəbərlər

Orphus sistemi