Yuxarı

Böyük Britaniya XİN rəhbəri: "Aİ-dən çıxsaq geri qayıtmağımız mümkün olmayacaq"

Hammond: Britaniya daha sonra Aİ-yə bir daha qoşula bilməyəcək

Bakı. 20 iyun. REPORT.AZ/ "Böyük Britaniya Avropa İttifaqından çıxsa geri qayıtması mümkün olmayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.  

Nazir qeydf edib ki, Böyük Britaniya ittifaqdan çıxmaq qərarına gəlsə, geriyə yol olmayacaq: "Britaniya daha sonra Avropa İttifaqına qoşula bilməyəcək, yalnız ona sərf etməyən şərtlərdə qoşula bilər - Avrozonada üzvlük, Şengendə üzvlük və s.", - F.Hammond  Aİ üzv ölkələri XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi