Böyük Britaniya XİN başçısı: "Aİ Türkiyəni özündən uzaqlaşdırmamalıdır"

Böyük Britaniya XİN başçısı: "Aİ Türkiyəni özündən uzaqlaşdırmamalıdır" Boris Conson: "Türkiyə böyük, hamımız üçün strateji cəhətdən əhəmiyyətli ölkədir"
Digər ölkələr
8 Sentyabr , 2017 14:52
Böyük Britaniya XİN başçısı: Aİ Türkiyəni özündən uzaqlaşdırmamalıdır

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqı Türkiyəni özündən uzaqlaşdırmamalıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Tallində Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçılarının qeyri-rəsmi sammitində deyib.

"Türkiyə böyük, hamımız üçün strateji cəhətdən əhəmiyyətli ölkədir", - o vurğulayıb.

Eyni zamanda diplomat əlavə edib ki, bütün Aİ ölkələri, o cümlədən Böyük Britaniya Türkiyədə insan hüquqları ilə bağlı vəziyyətdən, "Amnesty International"ın əməkdaşlarına, jurnalistlərə münasibətindən narahatdır.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel seçkiqabağı teledebatlarda Aİ-də Türkiyəyə yer olmadığını söyləyib.

Son xəbərlər

Orphus sistemi