Böyük Britaniya və Aİ "Brexit" üzrə danışıqların ikinci mərhələsinə keçid barədə razılığa gəlib

Böyük Britaniya və Aİ "Brexit" üzrə danışıqların ikinci mərhələsinə keçid barədə razılığa gəlib Bakı. 8 dekabr. REPORT.AZ/ Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Brexit üzrə müzakirələrin birinci mərhələsində kompromisə gəlib və rəsmi Londonun Aİ-dən çıxması prosesinin ikinci hazırlıq mərhələsinə keçməyə hazırdır.
Digər ölkələr
8 Dekabr , 2017 11:21
Böyük Britaniya və Aİ Brexit üzrə danışıqların ikinci mərhələsinə keçid barədə razılığa gəlib

Bakı. 8 dekabr. REPORT.AZ/ Böyük Britaniya və Avropa İttifaqı (Aİ) "Brexit" üzrə müzakirələrin birinci mərhələsində kompromisə gəlib və rəsmi Londonun Aİ-dən çıxması prosesinin ikinci hazırlıq mərhələsinə keçməyə hazırdır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə danışıqların yekununda keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib.

"Danışıq aparan qruplar son həftələrdə və aylarda çox çətin iş görüblər... Danışıqların nəticəsi kompromis razılaşma oldu. Bu, həm Avropa İttifaqı, həm də Böyük Britaniya üçün mürəkkəb danışıqlar oldu", - o deyib.

Avrokomissiyanın rəhbəri vurğulayıb ki, son həftə ərzində baş tutan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdik.

Qeyd edək ki, rəsmi London və Aİ "Brexit"in əsas şərtlərini, o cümlədən sərhəd, Böyük Britaniyanın avropalı tərəfdaşlarına maliyyə ödənişləri və "Brexit"dən sonra Aİ vətəndaşlarının Böyük Britaniyadakı hüquqları barədə məsələləri Aİ-nin dekabrın 14-15-də keçiriləcək sammitinə qədər razılaşdırmalı idi.

Son xəbərlər

Orphus sistemi