Yuxarı
    Bağlamaq

    Böyük Britaniya Trampın miqrasiya siyasətini dəstəkləmədiyini bildirib

    Biz belə yanaşma ilə razı deyilik, bu cür tədbirləri qəbul etməyəcəyik – deyə dəftərxanadan bildirilib

    Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniya baş nazirinin dəftərxanasında ABŞ prezidenti Donald Trampın miqrantların məsələsi ilə bağlı yanaşması ilə razı deyillər.

    "Report"un məlumatına görə, bu barədə "The Independent" xəbər verir.

    "Biz belə yanaşma ilə razı deyilik, bu cür tədbirləri qəbul etməyəcəyik" – deyə dəftərxanadan bildirilib.

    Hazırda Böyük Britaniyada Trampın ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsi haqqında yeni fərmanın mahiyyətini, onun Birləşmiş Krallığın vətəndaşları üçün hansı hüquqi nəticələrinin ola biləcəyini öyrənirlər.

    "Əgər bunun Böyük Britaniyanın vətəndaşlarına hər hansı təsiri olsa, onda yəqin ki, biz bu barədə ABŞ hökumətinə məlumat təqdim edəcəyik" - deyə dəftərxanadan qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi