Böyük Britaniya parlamenti seçkilərə qədər fəaliyyətini dayandırıb

Böyük Britaniya parlamenti seçkilərə qədər fəaliyyətini dayandırıb Bu andan etibarən deputatlar parlament üzvü statusunu itirib və onlar yaxın bir neçə gün ərzində iş yerlərini tərk etməli olacaqlar
Digər ölkələr
3 May , 2017 10:05
Böyük Britaniya parlamenti seçkilərə qədər fəaliyyətini dayandırıb

Bakı. 3 may. REPORT.AZ/ Böyük Britaniya parlamenti iyunun 8-də ölkədə keçiriləcək növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, ölkə qanunvericiliyinə əsasən, parlament seçkilərə 25 iş günü qalmış buraxılır.

Bu andan etibarən Böyük Britaniya qanunvericilik orqanının hər cür fəaliyyəti dayandırılır, deputatlar isə parlament üzvü statusunu itirir. Onlara əşyalarını toplayıb iş yerlərini tərk etmək üçün bir neçə gün vaxt verilir.

Eyni zamanda, baş nazir Tereza Mey və onun hökumətinin üzvləri seçkilərə qədər işinə davam edəcək.

Bu gün T.Mey kraliça II Yelizaveta ilə görüşüb, onu parlamentin buraxılması və seçki kampaniyasının başlaması barədə məlumatlandıracaq.

Son xəbərlər

Orphus sistemi