Böyük Britaniya parlamenti Baş nazir Tereza Mey tərəfindən təqdim olunan
“Report” xəbər verir ki, səsvermə zamanı sözügedən planın lehinə 420 deputat, əleyhinə isə 110 parlament üzvü səs verib. “Sky News” telekanalı səsverməni daha əvvəl “Brexit”lə bağlı parlamentdə məğlubiyyətlərə düçar olmuş baş nazir Tereza Meyin mühüm qələbəsi kimi dəyərləndirib.
Qeyd edək ki, bundan öncə Avropa İttifaqı vaxtın gələn il martın 30-dək uzadılması barədə alternativ təklif irəli sürüb.