Böyük Britaniya Kataloniyanın müstəqilliyini tanımayıb

Böyük Britaniya Kataloniyanın müstəqilliyini tanımayıb Bu barədə Tereza Meyin rəsmi nümayəndəsinin müavini deyib
Digər ölkələr
27 Oktyabr , 2017 21:11
Böyük Britaniya Kataloniyanın müstəqilliyini tanımayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Kataloniyanın müstəqillik barədə birtərəfli qətnaməsini tanımır və gələcəkdə tanımayacaq.

"Report" RİA "Novosti"-yə istnadən xəbər verir ki, bu barədə baş nazir Tereza Meyin rəsmi nümayəndəsinin müavini deyib.

"Böyük Britaniya Katalon regional hökumətinin qəbul etdiyi birtərəfli müstəqillik haqqında qətnaməni tanımır və gələcəkdə də tanımayacaq. Bu sənəd İspaniya məhkəməsi tərəfindən qanunsuz hesab olunan səsverməyə əsaslanıb", - deyə o bildirib.

Böyük Britaniya qanunun aliliyinə və İspaniyada Konstitusiya normalarına riayət olunmasına, eləcə də İspaniyanın birliyinə sadiqdir. 

Son xəbərlər

Orphus sistemi