Yuxarı
    Bağlamaq

    Böyük Britaniya hökuməti "Brexit"in başlaması barədə qanun layihəsini parlamentə təqdim edib

    Ölkə parlamentində Brexit proseduru haqqında qanun layihəsinin müzakirəsinə yanvarın 31-də başlanacaq

    Bakı. 26 yanvar. REPORT.AZ/ Böyük Britaniya hökuməti "Brexit" prosedurunun başlaması barədə qanun layihəsini baxılması üçün parlamentə təqdim edib.

    Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

    Böyük Britaniya parlamentində "Brexit" proseduru haqqında qanun layihəsinin müzakirəsinə bu il yanvarın 31-də başlanacaq. Qanun layihəsinin nəzərdən keçirilməsi prosesi və məsələ üzrə yekun səsvermənin keçirilməsinin fevralın 8-də başa çatacağı gözlənilir.

    Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Ali Məhkəməsi ölkənin Avropa İttifaqından çıxmaq prosesinin başladılması üçün parlamentin razılığının tələb olunması barədə hökm çıxarıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi