Böyük Britaniya hökuməti "Brexit"i təxirə salmağı planlaşdırır

Böyük Britaniya hökuməti "Brexit"i təxirə salmağı planlaşdırır Britaniya Baş naziri Tereza Mey "Brexit"in təxirə salınması ilə bağlı Aİ-yə rəsmi müraciət etməyi planlaşdırır
Digər ölkələr
25 Fevral , 2019 11:10
Böyük Britaniya hökuməti Brexiti təxirə salmağı planlaşdırır
РИА "Новости"

Bakı. 25 fevral. REPORT.AZ/ Böyük Britaniya hökuməti "Brexit"in iki ay müddətinə təxirə salınması imkanını nəzərdən keçirir.

Bu barədə "Report" "The Daily Telegraph"a istinadən məlumat verir.

Nəşrin məlumatına görə, Britaniya Baş naziri Tereza Mey bununla bağlı Avropa İttifaqına (Aİ) rəsmi müraciət etməyi planlaşdırır.

Hökumət "Brexit" ətrafında dalana girmiş vəziyyətin iki aya düzəldiləcəyinə inanır.

Qeyd edək ki, dünən Baş nazir Britaniya parlamentində yeni səsvermə tarixinin martın 12-si olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi