Böyük Britaniya hökuməti Aİ-dən çıxmaq planını dərc edib

Böyük Britaniya hökuməti Aİ-dən çıxmaq planını dərc edib "Ağ kitab" özündə 12 təməl prinsipi ehtiva edir
Digər ölkələr
2 Fevral , 2017 17:50
Böyük Britaniya hökuməti Aİ-dən çıxmaq planını dərc edib

Bakı. 2 fevral. REPORT.AZ/ Böyük Britaniya hökuməti saytında Avropa İttifaqından (Aİ) çıxmaqla (Brexit) bağlı rəsmi sənəd dərc edib.

"Report" xəbər verir ki, "Ağ kitab" adı verilən sənəd özündə Böyük Britaniya hökumətinin Aİ-dən çıxış prosesində əsaslanacağı 12 təməl prinsipi ehtiva edir. Buraya miqrasiyaya nəzarət və ölkənin qanunlarına nəzarətin qaytarılması da daxildir.

Sənədin mətnində həmçinin Baş nazir Tereza Meyin giriş sözləri də yer alıb. Sənəd ümumilikdə 77 səhifədən ibarətdir.

Son xəbərlər

Orphus sistemi