Böyük Britaniya Əfqanıstandakı hərbçilərinin sayını azaldır

Böyük Britaniya Əfqanıstandakı hərbçilərinin sayını azaldır Böyük Britaniya hökuməti “Taliban” hərəkatı ilə ABŞ arasında sazişin imzalanması ilə bağlı Əfqanıstandakı hərbçilərinin 30 faizini geri qaytarmaq qərarına gəlib.
Digər ölkələr
11 mart 2020 10:51
Böyük Britaniya Əfqanıstandakı hərbçilərinin sayını azaldır
African Voice

Böyük Britaniya hökuməti “Taliban” hərəkatı ilə ABŞ arasında sazişin imzalanması ilə bağlı Əfqanıstandakı hərbçilərinin 30 faizini geri qaytarmaq qərarına gəlib.

“Report” “Times”ə istinadən xəbər verir ki, bundan əvvəl ABŞ hərbi rəhbərliyi “Taliban”la əldə edilən razılaşma çərçivəsində qarşıdakı 135 gün ərzində həmin ölkədəki hərbi qüvvələrinin 12 mindən 8 600-dək endirmək üçün fəaliyyətə başladıqlarını açıqlamışdı. 

Mənbələrə görə, Böyük Britaniya da Əfqanıstandakı 1 100 hərbçisinin 330 nəfərini geri qaytararaq eyni addım atacaq.

Britaniyalı hərbçilərin qalan hissəsinin Əfqanıstandan çıxarılması üçün həmin ölkənin “terrorçular sığınacağı” olmasına son qoyulmasının, “Taliban”ın insan hüquqlarına, o cümlədən qadın hüquqlarına hörmət etməsinin vacib olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi