Böyük Britaniya "Brexit"dən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Böyük Britaniya "Brexit"dən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır Bakı. 6 sentyabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra (Brexit) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
Digər ölkələr
6 Sentyabr , 2018 18:06
Böyük Britaniya Brexitdən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Bakı. 6 sentyabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra ("Brexit") Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Sky News" Britaniya Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi işi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir və bununla bağlı qanun hazırlamaq fikrindədir.

Hazırda isə Böyük Britaniya İttifaqın digər ölkələrinin də razılıq verməsindən sonra sanksiya tətbiq edə bilər.

Son xəbərlər

Orphus sistemi