Böyük Britaniya "Brexit"dən sonra diplomatik korpusunu artırmağı nəzərdə tutur

Böyük Britaniya "Brexit"dən sonra diplomatik korpusunu artırmağı nəzərdə tutur Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan (Brexitdən) sonra müxtəlif ölkələrlə əlaqələrini genişləndirmək üçün diplomatik korpusunu, təqribən, 1000 nəfər artırmaq niyyətindədir.
Digər ölkələr
31 Oktyabr , 2018 17:09
Böyük Britaniya Brexitdən sonra diplomatik korpusunu artırmağı nəzərdə tutur
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan ("Brexit"dən) sonra müxtəlif ölkələrlə əlaqələrini genişləndirmək üçün diplomatik korpusunu, təqribən, 1000 nəfər artırmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ceremi Hant məlumat verib.

“Bizim demokratiya dəyərlərimiz Berlin divarının sökülməsindən sonrakı dövrdə, bəlkə də, ən böyük təhlükə altındadır. İndi bu dəyərləri qorumaq üçün nüfuzumuzu, imkanlarımızı, gücümüzü işə salmalıyıq”, - C.Hant bildirib. 

Nazirin sözlərinə görə, xarici səfirliklərin ştat cədvəli 335 yer artırılacaq ki, bunların da 329 ştat yerinə yerli vətəndaşlar qəbul olunacaq. Xarici İşlər Nazirliyinin Londondakı mərkəzi aparatının ştatı isə 328 yer artırılacaq.

Son xəbərlər

Orphus sistemi