Yuxarı

Böyük Britaniya, Almaniya və Norveç Suriyaya yardım üçün əlavə vəsait ayıracaq

Vəd edilən vəsaitlər 2016-2020-ci illər ərzində ayrılacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Böyük Britaniya müharibə nəticəsində dağıdılmış Suriyaya və münaqişə səbəbilə bu ölkənin zərərçəkmiş əhalisinə əlavə 1,2 milyard funt sterlinq (1,6 milyard avro) məbləğində yardım edəcək.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Devid Kemeron Londonda Suriya üzrə "Suriya və regiona dəstək" adlı donor konfransından öncə məlumat verib.

Kemeronun sözlərinə görə, böhranın həlli üçün xeyli pul lazımdır. Vəd edilən vəsaitlər 2016-2020-ci illər ərzində ayrılacaq.

Eyni zamanda Almaniya kansleri Angela Merkel də rəhbərlik etdiyi hökumətin 2018-ci ilə qədər Suriyaya 2,3 milyard avro məbləğində maliyyə yardımı ayırdığını bəyan edib. Onun sözlərinə görə, bu pulun 1,1 milyardı 2016-cı ildə ayrılacaq.

Norveçin baş naziri Erna Solberq isə öz növbəsində ölkəsinin Suriya üçün 10 milyard Norveç kronu ayıracağını açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi