Böyük Britaniya Ali Məhkəməsi parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz hesab edib

Böyük Britaniya Ali Məhkəməsi parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz hesab edib Böyük Britaniya Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.
Digər ölkələr
24 Sentyabr , 2019 15:57
Böyük Britaniya Ali Məhkəməsi parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz hesab edib

Böyük Britaniya Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Kraliçadan parlamentin fəaliyyətinin dayandırılması üçün icazə almaq qərarı qanunsuz idi", - deyə Ali Məhkəmənin sədri baronessa Brenda Heyl hökmü elan edərkən bildirib.

Bu iş üzrə məhkəmə dinləmələri üç gün davam edib. Məhkəmənin bu qərarı baş nazirə istefa ilə də olmasa, ciddi nüfuz itkisi ilə təsir edəcək.

Daha əvvəl Britaniyanın baş naziri Boris Conson Kraliçadan parlamentin sentyabrın 10-dan oktyabrın 14-dək bağlanmasına dair razılıq almış, qərarını hökumətin yeni gündəliyini təqdim etməli və daxili siyasi proqramını həyata keçirməyə başlamalı olması ilə izah etmişdi. Bununla yanaşı, bir çox parlamentari Consonu ölkəni oktyabrın 31-də saziş olmadan Avropa İtifaqından çıxarmaq niyyətində olmasında, parlamentin fəaliyyətini dayandırılması məqsədilə icazə almaq üçün Kraliçaya səhv məlumat verməkdə ittiham etmişdi. Ali Məhkəmə qəbul etdiyi qərarla onların fikirlərini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi