Böyük Britaniya Aİ-dən çıxmaq prosesinə bu il başlamaq niyyətində deyil

Böyük Britaniya Aİ-dən çıxmaq prosesinə bu il başlamaq niyyətində deyil London Lissabon müqaviləsinin 50-ci maddəsindən bu il istifadə etməyəcək
Digər ölkələr
19 İyul , 2016 15:57
Böyük Britaniya Aİ-dən çıxmaq prosesinə bu il başlamaq niyyətində deyil

Bakı. 19 iyul. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxmaq qaydalarını müəyyən edən Lissabon müqaviləsinin 50-ci maddəsindən bu il istifadə etməyəcək.

"Report" Böyük Britaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə ölkə hökumətinin hüquqşünası Ceyson Koppel bildirib.

Bu, faktiki olaraq ölkənin Aİ-dən formal çıxmasına bu il başlamaq niyyətində olmaması deməkdir.

Hələlik bu maddə reallıqda heç vaxt tətbiq olunmayıb.

Xatırladaq ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilmiş referendumda seçicilərin çoxu ölkənin Avropa İttifaqından çıxmasına səs verib.

Son xəbərlər

Orphus sistemi