Böyük Britaniya 138 qırıcı təyyarə alacaq

Böyük Britaniya 138 qırıcı təyyarə alacaq Bunu Britaniyanın maliyyə naziri Corc Osborn bildirib
Digər ölkələr
22 Noyabr , 2015 08:50
Böyük Britaniya 138 qırıcı təyyarə alacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Böyük Britaniya 12 mlrd funt sterliq dəyərində 138 qırıcı təyyarə alacaq. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Britaniyanın maliyyə naziri Corc Osborn bildirib.

Onun sözlərinə görə, bu addım sayəsində "Britaniya ABŞ-dan sonra dünyanın ikinci ən güclü hərbi hava potensialına sahib dövlətinə çevriləcək".

Qeyd edək ki, noyabrın 23-də Böyük Britaniyanın yeni Hərbi Strategiyası açıqlanacaq. Hərbi təyyarələrlə bağlı qərar da məhz bu strategiyanın tərkib hissədir.

Son xəbərlər

Orphus sistemi