Yuxarı
    Bağlamaq

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri: "Avropa İttifaqı hətta böhranlardan sonra da kifayət qədər sabitdir"

    Mladen İvaniç: İqtisadiyyat və təhlükəsizlik baxımından Avropa İttifaqının dağılması üçün heç bir səbəb görmürəm

    Bakı. 17 mart. REPORT.AZ/ "Avropa İttifaqı bütün Avropa ölkələri üçün çətir və qalxan ola bilər. Aİ-nin gələcəyi ilə bağlı nikbinəm. İqtisadiyyat və təhlükəsizlik baxımından Avropa İttifaqının dağılması üçün heç bir səbəb görmürəm".

    "Report" xəbər verir ki, bunu V Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Avropanın gələcəyi" panelində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.

    Onun sözlərinə görə, bu gün Aİ-yə üzv bütün dövlətlər ittifaq daxilindəki iqtisadi əlaqələrin səviyyəsindən və iqtisadi komponentlərdən razıdırlar.

    "İqtisadiyyat Avropadaxili təlatüm üçün səbəb deyil. Bu gün Avrozona, hətta İspaniya və Yunanıstandakı böhranlardan sonra da kifayət qədər sabitdir, avro sabitdir", - deyə Rəyasət Heyətinin sədri bildirib.

    M.İvaniç qeyd edib ki, Aİ-nin qorunması ilə bağlı bir dəlil təhlükəsizlik məsələsidir.

    "Bəziləri hesab edir ki, təcrid olunan ölkələr miqrasiya və terrorizm problemlərinin öhdəsindən uğurla gələ biləcəklər. Amma mən buna çox şübhə edirəm", - o deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi