Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz.
“Report”
O, qeyd edib ki, danışıqların nəticəsini yalnız Ukrayna, Rusiya və vasitəçi müəyyən etməlidir.
"Biz yox. Rusiyalıları biz qəbul etməyəcəyimiz kimi Rusiya da bunu qəbul etməyəcək", - Borrell deyib.
Eyni zamanda, o, əlavə edib ki, Çin də Rusiyaya meyl etdiyi üçün vasitəçi kimi uyğun deyil.
"Türkiyə orada çox yaxşı işlər görür. Hər iki tərəflə yaxşı münasibətləri var", - Borrel vurğulayıb.
“Ən yaxşısı, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatı olardı”, - Aİ-nin ali nümayəndəsi fikirlərini yekunlaşdırıb.