Borrel: Kiyev bombalananda başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik

Borrel: Kiyev bombalananda başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik 2022-ci ilin fevralında Kiyevi bombalamağa başlayanda biz bu bədbəxt reallığa oyandıq və sonra başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik.
Digər ölkələr
10 İyul , 2024 13:04
Borrel: Kiyev bombalananda başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik

2022-ci ilin fevralında Kiyevi bombalananda biz bu bədbəxt reallığa oyandıq və sonra başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) Vaşinqtonda NATO-nun 75-ci ildönümü çərçivəsində Aİ-nin müdafiəsinə həsr edilən gecədə çıxışı zamanı deyib.

“75 il əvvəl Sovet İttifaqı Avropada azadlıq və demokratiya üçün təhlükə kimi meydana çıxdı. Biz isə birlik və güclə cavab verdik və bu gün bizim edə biləcəyimiz yeganə şey eyni yolu getməkdir. Mən burada - Vaşinqtonda məmnuniyyətlə demək istəyirəm ki, avropalılar, biz öz müdafiə qabiliyyətimizi yenidən qurmağa, müdafiə büdcəmizi artırmağa və müdafiə sənayemizi yüksəltməyə başladıq. Son üç ildə Avropada ümumi xərclər 30% artıb. Bu il isə biz demək olar ki, orta hesabla 2%-ə çatacağıq. Bizim üçün bu, strateji məsuliyyət məsələsidir. Biz bilirik, tam dərk edirik ki, özümüzü müdafiə edə bilmək üçün ordularımızın müdafiə qabiliyyətini artırmalıyıq”,-o qeyd edib.

C.Borrel vurğulayıb ki, Avropanın ərazi müdafiəsi üçün NATO-nun alternativi yoxdur:

“Amma NATO-nu daha güclü etmək və yükü bölüşmək var. Son beş ildə çox işlər görülüb. Ağlasığmaz görünən bir şey reallığa çevrilib. Məsələn, müharibə aparan bir ölkəyə hərbi texnika vermək, bizim heç vaxt etmədiyimiz və Vaşinqtondan görmədiyimiz bir şeydir. Bu, məntiqli görünə bilər, amma hərbi ittifaq olmayan Avropa İttifaqı üçün, ümumi təhlükəsizlik və müdafiə siyasəti qurmaq istəsək də, bu, inqilabi idi.

Müharibə başlamazdan iki həftə əvvəl mən Donbassda idim, Ukraynanın baş naziri ilə görüşdüm və o, mənə dedi ki, ruslar bizə nə vaxt hücum edəcəklərini bilirik, siz gənclərinizi Kiyevə döyüşməyə göndərməyəcəksiniz, amma müqavimət göstərməyimizə kömək edəcəksiniz? Ölkəmizi müdafiə etmək üçün bizə lazım olan silahları verəcəksiniz? O vaxt ona konkret cavab verə bilmədim, çünki əmin deyildim. Ancaq xoşbəxtlikdən, biz bunu etdik”.

Son xəbərlər

Orphus sistemi