Borrel: "Aİ-nin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir"

Borrel: "Aİ-nin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir" Avropa İttifaqı (Aİ) üzv ölkələrinin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını tamamilə dəstəkləyəcək
Digər ölkələr
17 May , 2022 11:40
Borrel: Aİ-nin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir

Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını tam dəstəkləyəcək.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel təşkilatın müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşü öncəsi söyləyib.

“Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasını tam dəstəkləyəcəyik, çünki bu bizim birliyimizi möhkəmləndirəcək və bu, Şimali Atlantika Alyansını gücləndirəcək”, - Aİ rəsmisi qeyd edib.

C.Borrel həmçinin Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına etiraz etməsinə münasibət bildirib. O ümid edir ki, Alyans bu maneəni geridə qoyacaq.

Son xəbərlər

Orphus sistemi