"Avropa İttifaqı İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
O bildirib ki, sanksiyalar İranda etiraz aksiyaları ilə bağlı vəziyyət və bu ölkənin Rusiyaya hərbi məhsullar tədarük etməsi ilə əlaqədardır.