Borrel: “Aİ 1000-dən çox ukraynalı əsgərə təlim keçib”

Borrel: “Aİ 1000-dən çox ukraynalı əsgərə təlim keçib” Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlamaq məqsədilə həyata keçirilən hərbi təlim missiyası başlayandan bəri 1000-dən çox ukraynalı əsgərə təlim keçib.
Digər ölkələr
3 Dekabr , 2022 06:45
Borrel: “Aİ 1000-dən çox ukraynalı əsgərə təlim keçib”

Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlamaq məqsədilə həyata keçirilən hərbi təlim missiyası başlayandan bəri 1000-dən çox ukraynalı əsgərə təlim keçib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviter səhifəsində məlumat verib.

“Aİ-nin Ukraynaya hərbi təlim missiyası indi tam potensialına çatıb. Hazırda 1100-dən çox ukraynalı əsgərə təlimlər keçirilir”, - o vurğulayıb.

J.Borrel əlavə edib ki, Aİ təlimlərdə istifadə ediləcək letal silahların əldə edilməsi üçün 16 milyon avro məbləğində maliyyə vəsaiti ayıracaq.

Xatırladaq ki, Aİ ölkələrinin liderləri noyabrda Ukrayna üçün hərbi təlim missiyasının başladığını elan edib. 24 ay davam edəcək bu missiya çərçivəsində 15 min Ukrayna əsgərinə təlim keçirilməsi planlaşdırılır. Bu məqsədlə 106,7 milyon avro ayrılacaq. Ukraynalı hərbçilər Polşa, Almaniya və digər Avropa ölkələrində təlim keçəcəklər.

Son xəbərlər

Orphus sistemi