Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
“Report” xəbər verir ki, bu barədə Baş nazirin Mətbuat Xidməti məlumat yayıb.
“Baş nazir Avropada qan tökülməsinin qarşısını almaq üçün diplomatik səyləri sürətləndirmək və çəkindirmə siyasətini gücləndirmək niyyətindədir. O, bu həftə Prezident Putinlə danışarkən Rusiyanın geri addım atması və diplomatik dialoqa getməsinin vacibliyini bir daha bildirəcək”, - məlumatda vurğulanıb.