Boris Conson: "Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb"

Boris Conson: "Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb" "Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb".
Digər ölkələr
20 fevral 2022 13:32
Boris Conson: Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb
Boris Conson

"Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Britaniyalı nazir Rusiyanın Ukraynaya müdaxilə planının artıq reallaşmağa başladığını bildirib:

"Bütün sübutlar onu göstərir. Bizim amerikalı dostlarımız da belə düşünür və siz təxribatları görürsünüz”, - Conson qeyd edib.

"Hesab edirəm ki, bunun Rusiya üçün necə bir fəlakətə çevriləcəyini izah etmək indi hamımız üçün həyati əhəmiyyət kəsb edir", - deyən Baş nazir həm Ukrayna, həm də Rusiyayay böyük insan itkiləri ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi