Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson 2016-cı ildə “Brexit”lə bağlı söylədiyi fikirlərə görə barəsində keçirilən məhkəmə prosesinə qatılmayıb.
“Report” “Sky News”ə istinadən xəbər verir ki, o, prosesi unutduğu üçün məhkəməyə getməyib.
Sabiq nazirin vəkilləri onun üç ittihamla Vestminster Magistrat Məhkəməsinə verilməsinə etiraz ediblər.
Baş nazir kürsüsünə ən real namizəd hesab olunan B.Consona qarşı iş adamı Markus Boll tərəfindən məhkəmə iddiası qaldırılıb.