Britaniyanın sabiq XİN başçısı: "Ölkəmiz oktyabrın 31-də istənilən halda Avropa İttifaqından çıxacaq"

Britaniyanın sabiq XİN başçısı: "Ölkəmiz oktyabrın 31-də istənilən halda Avropa İttifaqından çıxacaq" Bu il oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən müvafiq saziş imzalansa da, imzalanmasa da, çıxacaq.
Digər ölkələr
24 May , 2019 18:15
Britaniyanın sabiq XİN başçısı: Ölkəmiz oktyabrın 31-də istənilən halda Avropa İttifaqından çıxacaq

"Bu il oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən müvafiq saziş imzalansa da, imzalanmasa da, çıxacaq".

“Report” “İndependent”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq xarici işlər naziri, ölkənin baş naziri kürsüsü uğrunda başlayacaq mübarizədə ən güclü iddiaçı sayılan Boris Conson bildirib.

B.Conson qeyd edib ki, hətta Aİ ilə daha münasib saziş üçün danışıqların qeyri-mümkünlüyü ortaya çıxsa belə, “Brexit” təyin olunmuş tarixdə həyata keçiriləcək: "Əlverişli sazişə gedən yol sazişsiz varianta hazırlıqdan keçir”.

Bundan bir neçə saat əvvəl ölkənin baş nazir Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyası sədrliyindən gedəcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi