Boris Conson: "Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir"

Boris Conson: "Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir" Böyük Britaniyanın baş naziri Boris Conson Avropa İttifaqını (Aİ) 2020-ci il yanvarın 31-də tərk edəcəklərinə şübhə etmir.
Digər ölkələr
15 Noyabr , 2019 17:32
Boris Conson: Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir

Böyük Britaniyanın baş naziri Boris Conson Avropa İttifaqını (Aİ) 2020-ci il yanvarın 31-də tərk edəcəklərinə şübhə etmir.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, canlı efirdə “Aİ-dən kənarda olacağıq, əsas məsələ də budur” deyərək gələn ilin sonunadək təşkilatla ticarət sazişi imzalamalarının vacibliyini də dilə gətirib.

“Gələn ilin yanvar ayından sonunadək sərbəst ticarət sazişi məsələsinə çözüm gətirib Aİ ilə yeni gözəl tərəfdaşlıq əlaqələri qura bilməməyimiz üçün heç bir səbəb yoxdur”, - deyə hökumət başçısı qeyd edib.

Qeyd edək ki, B.Conson dekabrın 12-də keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərdən sonra parlamentin onun “Brexit” razılaşmasına tərəfdar çıxacağına bel bağlayır.

Son xəbərlər

Orphus sistemi