Borel: “Rusiyanın mövqeyini dəstəkləyən afrikalılar Putinin kim olduğunu bilmirlər”

Borel: “Rusiyanın mövqeyini dəstəkləyən afrikalılar Putinin kim olduğunu bilmirlər” “Rusiyaya dəstək nümayişlərində iştirak edən afrikalıların səmimiyyətinə inanmıram”.
Digər ölkələr
9 Dekabr , 2022 03:47
Borel: “Rusiyanın mövqeyini dəstəkləyən afrikalılar Putinin kim olduğunu bilmirlər”

“Rusiyaya dəstək nümayişlərində iştirak edən afrikalıların səmimiyyətinə inanmıram”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel bəyan edib.

Borel əmin olduğunu bildirib ki, Rusiyanın mövqeyini dəstəkləyən afrikalılar Donbasın harada olduğunu və Rusiya prezidenti Vladimir Putinin kim olduğunu bilmirlər.

Borel əlavə edib ki, Rusiya reallığı təhrif edir və dünyanın müəyyən yerlərində öz auditoriyasını tapır.

Nümunə olaraq o, Malinin paytaxtı Bamakonun küçələrində televiziya kanallarında nümayiş olunan gəncləri göstərib. Onlar əllərində “Putin, sən Donbası xilas etdin, indi də bizi xilas edəcəksən!” plakatları tutublar.

“Bu vəziyyət şoka salır. Güman etmək olar ki, bu adamlar Donbasın harada olduğunu bilmirlər, bəlkə də Putinin kim olduğunu bilmirlər”.

Son xəbərlər

Orphus sistemi