Yuxarı
    Bağlamaq

    Borclarına görə 6 ölkə BMT Baş Assambleyasında səs hüququndan müvəqqəti məhrum edilib

    Əsas borclu borc 24 milyon dollara çatan Venesueladır

    Bakı. 24 fevral. REPORT.AZ/ Altı ölkə üzvlük haqlarını ödəmədiyinə görə BMT Baş Assambleyasında səs hüququndan müvəqqəti məhrum edilib.

    "Report" DW-yə istinadən xəbər verir ki, bu barədə BMT-dən bildiriblər.

    Venesuela 24 milyon dollarlıq borcu ödədikdən sonra səs hüququna sahib olacaq və səsvermədə iştirak edəcək. BMT Baş Assambleyasının 71-ci sessiyasının sonuna, yəni 2017-ci ilin payızına qədər səs hüququndan məhrum olunan digər 5 ölkə isə bunlarıdır: Kabo Verde, Liviya, Papua Yeni Qvineya, Sudan və Vanuatu.

    Borclu ölkələr azı iki il ərzində borclarını ödəsələr səsvermə hüquqları bərpa olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi