ABŞ administrasiyasının üç işçisi Boltondan sonra istefa verib

ABŞ administrasiyasının üç işçisi Boltondan sonra istefa verib ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra C. Boltonla birlikdə işləyən ABŞ administrasiyasının üç işçisi də istefa ərizəsini yazıblar.
Digər ölkələr
12 Sentyabr , 2019 03:25
ABŞ administrasiyasının üç işçisi Boltondan sonra istefa verib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra C. Boltonla birlikdə işləyən ABŞ administrasiyasının üç işçisi də istefa ərizəsini yazıblar.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki, milli təhlükəsizlik üzrə köməkçinin rabitə direktoru Sara Tinsli və Boltonun gündəlik planlaşdırılmasını həyata keçirən Kristin Samuelyan istefa verib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib.

Son xəbərlər

Orphus sistemi