Con Bolton: "Tramp START-3 üzrə danışıqlara Çini daxil etmək niyyətindədir"

Con Bolton: "Tramp START-3 üzrə danışıqlara Çini daxil etmək niyyətindədir" ABŞ prezidenti Donald Tramp START-3 (Strategic Arms Reduction Treaty) sazişinin uzadılmasına dair müzakirələrə Çini cəlb etmək istəyir.
Digər ölkələr
18 İyun , 2019 16:10
Con Bolton: Tramp START-3 üzrə danışıqlara Çini daxil etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp START-3 (Strategic Arms Reduction Treaty) sazişinin uzadılmasına dair müzakirələrə Çini cəlb etmək istəyir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

Müşavir vurğulayıb ki, "bizdə nüvə silahı azdır, ona görə də sazişə qoşulmağımız ədalətsizlik olardı" deyən Çinin sazişdən kənar qalması ona hərbi potensialını sonsuz dərəcədə artırmağa imkan verir.

"Mən də Çini təmsil etsəydim, belə deyərəm. Amma üçtərəfli saziş çərçivəsində işləyəcək model tapmaq və ya digər nüvə nəhənglərini cəlb etmək imkanını nəzərdən keçirmək lazımdır", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi