Bolton çıxışı zamanı işıqlar sönən Maduronu ələ salıb - VİDEO

Bolton çıxışı zamanı işıqlar sönən Maduronu ələ salıb - VİDEO Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, çıxışı zamanı işıqlar sönən Venesuela lideri Nikolas Maduronu məsxərəyə qoyub.
Digər ölkələr
10 Fevral , 2019 07:51
Bolton çıxışı zamanı işıqlar sönən Maduronu ələ salıb - VİDEO

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, çıxışı zamanı işıqlar sönən Venesuela lideri Nikolas Maduronu məsxərəyə qoyub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Bolton "Twitter"də yazıb:

"Venesuelada Maduro mafiyası üçün "işığı söndürmək" vaxtı gəldi".

Dövlət xadimi öz mikrobloquna Maduronun çıxışı zamanı işıqların əvvəlcə "göz vurduğu", sonra isə tamamilə söndüyü, bu səbəbdən də Venesuela liderinin nitqinin yarımçıq qaldığı kadrları yerləşdirib.

Son xəbərlər

Orphus sistemi