Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ orta və yaxın mənzilli raketlərin təsviyyəsinə dair razılaşmadan mümkün çıxışından sonra Avropada raket yerləşdirmək məsələsi üzrə konkret qərarlar qəbul etmək fikrindən uzaqdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Moskvada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
"Biz hələ hər hansı bir konkret qərardan uzağıq. Bu məsələ çox vacibdir, prezident Tramp da bu barədə danışırdı", - deyə o bildirib.
Bolton əlavə edib ki, Vaşinqtonun müqavilədən çıxma ehtimalı tamamilə ona görə nəzərdən keçirilir ki, Rusiya, Ağ evin rəyinə görə, onun şərtlərinə əməl etmir. Bununla bağlı ABŞ tərəfindən Rusiyanın ünvanına tənqidlər artıq beş ildir ki, səsləndirilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib.