Bolsonaru Trampı Braziliyaya səfərə dəvət edib

Bolsonaru Trampı Braziliyaya səfərə dəvət edib Braziliyanın xarici işlər naziri Ernest Arauj ölkəsinin lideri Jair Bolsonarunun adından ABŞ prezidenti Donald Trampı Braziliyaya səfərə dəvət edib.
Digər ölkələr
14 Sentyabr , 2019 03:28
Bolsonaru Trampı Braziliyaya səfərə dəvət edib

Braziliyanın xarici işlər naziri Ernest Arauj ölkəsinin lideri Jair Bolsonarunun adından ABŞ prezidenti Donald Trampı Braziliyaya səfərə dəvət edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Arauj Vaşinqtonda Milli Nəşr klubunda çıxışı zamanı jurnalistlərə bildirib.

O, qeyd edib ki, Braziliyanın dövlət başçısının ABŞ prezidentinə dəvətini Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo vasitəsilə göndərib.

"Biz (ABŞ dövlət katibi ilə görüş zamanı-red) prezident Bolsonarunun Trampa yaxın vaxtlarda cavab səfəri - Braziliyaya gəlməsi ilə bağlı dəvətini ABŞ prezidentinə çatdırdıq. Səfərin tarixini kifayət qədər tez müəyyən edəcəyik", - deyə nazir qeyd edib. Lakin o, Amerika tərəfinin bu səfərə razılığı verib-verməməsini dəqiqləşdirməyib.

Braziliyanın XİN rəhbəri həmçinin sentyabrın sonunda BMT Baş Assambleyasının ümumsiyasi müzakirələrində iki prezidentin görüşüb-görüşməyəcəkləri barədə də heç nə deməyib.

Bolsonaru Vaşinqtona martın ortalarında səfər edib. O, Ağ Evdə Trampla danışıqlar aparıb.

Orphus sistemi