Bolqarıstanın yeni baş nazirinin adı açıqlanıb

Bolqarıstanın yeni baş nazirinin adı açıqlanıb O, 2016-cı ilin noyabrında keçirilən prezident seçkisində məğlub olub
Digər ölkələr
3626
4 May , 2017 14:33
Bolqarıstanın yeni baş nazirinin adı açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ Bolqarıstanın yeni Baş naziri Boyko Borisov olub.

“Report” TASS-a istinadən xəbər verir ki, o, “Bolqarıstan Vətəndaşları Avropanın İnkişafı Uğrunda” Partiyasının lideridir.

Bu il mayın 4-də ölkə parlamentində keçirilən iclasda 133 deputat onun lehinə, 100 deputat isə əleyhinə səs verib.

Xatırladaq ki, 2016-cı ilin noyabrında Bolqarıstanda keçirilən prezident seçkisində Boyko Borisov məğlub olub. Bu il martın 26-da keçirilən parlament seçkilərində isə onun partiyası qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi