Bolqarıstanın sabiq Baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılması səbəbini açıqlayıb

Bolqarıstanın sabiq Baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılması səbəbini açıqlayıb Bolqarıstanın istefa verən sabiq Baş naziri Kirill Petkov deyib ki, Rusiyanın 70 diplomatının ölkədən çıxarılması barədə qərarını şəxsən o verməyib, bu, Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) üç hesabatına əsaslanıb.
Digər ölkələr
30 İyun , 2022 08:54
Bolqarıstanın sabiq Baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılması səbəbini açıqlayıb

Bolqarıstanın istefa verən sabiq Baş naziri Kirill Petkov deyib ki, Rusiyanın 70 diplomatının ölkədən çıxarılması barədə qərarını şəxsən o verməyib, bu, Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) üç hesabatına əsaslanıb.

“Report”un məlumatına görə, bu barədə BTA agentliyi xəbər verib.

Onun sözlərinə görə, hesabatlar may və iyun aylarına, bir hissəsi isə marta aiddir.

Kirill Petkov qeyd edib ki, ölkədən çıxarılma mart ayında başlayan uzun proses olub və Xarici İşlər Nazirliyi tərəfindən Rusiya diplomatlarına yalnız onun verdiyi qərarla deyil, Bolqarıstanı tərk etmələri barədə bildiriş verməklə tamamlanıb.

Petkovun sözlərinə görə, diplomatların və səfirlik əməkdaşlarının Bolqarıstandan çıxarılması qərarına görə bir şəxsin məsuliyyət daşıması fikri növbəti siyasi manevr cəhdidir.

Son xəbərlər

Orphus sistemi