Bolqarıstanın keçmiş prezidenti: "ABŞ administrasiyası Avropa məkanında inteqrasiya proseslərini anlamır"

Bolqarıstanın keçmiş prezidenti: "ABŞ administrasiyası Avropa məkanında inteqrasiya proseslərini anlamır" "Dünyada sabitliyin bərqərar olunması üçün güclü institutlar və qanunun aliliyi olmalıdır"
Digər ölkələr
16 Mart , 2017 15:43
Bolqarıstanın keçmiş prezidenti: ABŞ administrasiyası Avropa məkanında inteqrasiya proseslərini anlamır

Bakı. 16 mart. REPORT.AZ/ "Dünyada sabitliyin bərqərar olunması üçün güclü institutlar və qanunun aliliyi olmalıdır".

"Report" xəbər verir ki, bunu Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev V Qlobal Bakı Forumu zamanı keçirilən "Transatlantik əlaqələrin gələcəyi: geriyə real siyasətə?" adlı paneldə deyib.

Avropa İttifaqı və ABŞ arasındakı əlaqələrdən danışan Bolqarıstanın keçmiş dövlət başçısı ABŞ administrasiyasının Avropa məkanında inteqrasiya proseslərini anlamadığını vurğulayıb.

"ABŞ birinci olmaq istəyir, amma müasir dünyanda işlər yalnız sazişlərlə olmur. Məsələn, İsrail və Fələstin arasında sülh üçüncü tərəfin iştirakı olmadan həll edilə bilməz" - o bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə indiki vəziyyətin dağılmasını gözləmək lazımdır, sadəcə, hələlik dünya sakit şəkildə gözləmə mövqeyində dayanıb.

"Ona görə də Transatlantik əməkdaşlığı davam etdirmək zəruridir. NATO bu məkanda güclü struktur olaraq qalır. Bolqarıstan da NATO ilə əməkdaşlığı davam etdirmək niyyətindədir" - R.Plevneliyev vurğulayıb.

"Güclü liderləri yox, güclü təşkilatları dəstəkləmək lazımdır", - Bolqarıstanın sabiq prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi