Bolqarıstanın keçmiş baş naziri 24 saatlıq həbsdən sonra azad edilib

Bolqarıstanın keçmiş baş naziri 24 saatlıq həbsdən sonra azad edilib Bolqarıstan polisi keçmiş baş nazir Boyko Borisov və keçmiş maliyyə naziri Vladislav Qoranovu 24 saatlıq həbsdən sonra heç bir ittiham irəli sürmədən azad edib.
Digər ölkələr
18 Mart , 2022 23:46
Bolqarıstanın keçmiş baş naziri 24 saatlıq həbsdən sonra azad edilib

Bolqarıstan polisi keçmiş baş nazir Boyko Borisov və keçmiş maliyyə naziri Vladislav Qoranovu 24 saatlıq həbsdən sonra heç bir ittiham irəli sürmədən azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan KİV-lərinin hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, prokurorluq hədə-qorxu ilə lazımi sübutları əldə etməyib və cinayətin baş verib-vermədiyini qiymətləndirə bilməyib.

Xatırladaq ki, martın 17-də Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov saxlanılıb. Onunla birgə keçmiş maliyyə naziri Vladislav Qoranov və bir sıra digər siyasətçilər də Avropa fondlarından sui-istifadə etdiklərinə görə istintaqa cəlb edilib. Xüsusi xidmət orqanlarının nümayəndələri onların evlərində axtarış aparıb.

Son xəbərlər

Orphus sistemi