Bolqarıstanın hazırkı prezidenti seçkilərin birinci turunda qalib gəlib

Bolqarıstanın hazırkı prezidenti seçkilərin birinci turunda qalib gəlib Bolqarıstanın hazırkı prezidenti Rumen Radev seçki bülletenlərinin emalı başa çatdıqdan sonra ölkədə keçirilmiş seçkilərdə 49,41% səs toplayıb.
Digər ölkələr
17 Noyabr , 2021 00:33
Bolqarıstanın hazırkı prezidenti seçkilərin birinci turunda qalib gəlib
Rumen Radev

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev seçki bülletenlərinin emalı başa çatdıqdan sonra ölkədə keçirilmiş seçkilərdə 49,41 % səs toplayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bu göstərici birinci turda qalib gəlmək üçün kifayət etmir, ona görə də noyabrın 21-də seçicilərin 22,82 faizinin dəstəklədiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları Partiyasının (GERB) nümayəndəsi Atanas Gersikovun Radevə rəqibi olacağı ikinci tur keçiriləcək.

Siyahıda üçüncü yerdə isə Hüquq və Azadlıqlar Hərəkatının rəhbəri Mustafa Karadai qərarlaşıb. O, 11,57 % səs toplayıb.

Son xəbərlər

Orphus sistemi