Bolqarıstanda türklər 10 gündür evdən küçəyə çıxa bilmir

Bolqarıstanda türklər 10 gündür evdən küçəyə çıxa bilmir Onlar sosial şəbəkələrdə də hədələnirlər
Digər ölkələr
6 İyul , 2017 12:16
Bolqarıstanda türklər 10 gündür evdən küçəyə çıxa bilmir

Bakı. 6 iyul. REPORT.AZ/ Bolqarıstanda ölkənin türk və qaraçı vətəndaşları son 10 gündə onlara qarşı keçirilən aksiya ilə əlaqədar küçəyə çıxmaqdan qorxurlar.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bolqarıstanda türklərin sıx yaşadığı Asenovqrada ölkənin başqa şəhərlərindən axın edən 7-8 min aksiyaçı toplanıb.

İnformasiyaya əsasən, türklərə qarşı keçirilən bu aksiyanın iştirakçılarından 9-u tutulub.

Bolqarıstan vətəndaşı olan türklər sosial şəbəkələrdə də hədələnirlər.

Məlumata görə, bolqarlarla qaraçılar arasında qarşıdurmada türklər qəsdən hədəfə alınıb.

Bu il iyunun 26-da türklərin istirahət etidiyi ərazidə avarçəkən iki bolqar qız suya düşüb. Türklər onlara yardım etmək istəyərəkən, qızlar qalmaqal salıblar. Avarçəkənlər türklərdən şikayət ediblər.

Məlumata görə, qaraçılar qızlara söz ataraq, sataşıblar. Bundan sonra bolqarlarla qaraçılar arasında toqquşma düşüb. Bolqar siyasilər Asenovqradda türklərin çoxluq təşkil etdiyini bildirirlər. Ona görə onlar iddia edir ki, avarçəkənlərə qaraçılarla yanaşı türklər də “sataşıb”.

Son xəbərlər

Orphus sistemi