Bolqarıstanda turist avtobusu yanıb

Bolqarıstanda turist avtobusu yanıb Yunanıstanda istirahətdən sonra ölkələrinə qayıdan 26 turist zamanında təxliyə olunub
Digər ölkələr
5 Sentyabr , 2016 22:16
Bolqarıstanda turist avtobusu yanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Moldovadan gələn turist avtobusu Bolqarıstanın Blaqoyevqrad şəhərinin ərazisindən keçən magistral yolda hərəkətdə olan zaman yanmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BMT) məlumat yayıb.

"Yunanıstanda istirahətdən sonra ölkələrinə qayıdan 26 turist zamanında təxliyə olunub, heç kim zərər çəkməyib. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi