Bakı. 8 oktyabr. REPORT.AZ/ Bolqarıstanda Botevqrad və Sofiya şəhərləri arasındakı yolda 50-dən yuxarı avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report" "BNT.bg"yə istinadən xəbər verir ki, qəza "Vitiya" tunelində baş verib.
Hüquq mühafizəçilərinin məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Yaralılar arasında uşaq da var. Hadisə yerində xilasedicilər və polis işləyir.
Qəzanın baş verməsinə məhz nəyin səbəb olduğu hələ ki, məlum deyil. Yolda maşınların hərəkəti dayandırılıb.



