Bolqarıstanın Milli Statistika İnstitutu ölkədə rekord inflyasiyanın qeydə alındığını açıqlayıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilib ki, iyulda Bolqarıstanda inflasiya illik 17,3 %-ə çatıb.
Ölkədə ötən ayla müqayisədə iyulda əyləncə və mədəniyyət xidmətləri 7,4 %, mənzil, su, işıq, təbii qaz isə 5,2 % bahalaşıb.