Yuxarı
    Bağlamaq

    Bolqarıstanda parlament seçkiləri keçirilir

    Deputat mandatı uğrunda 12 partiya, 9 koalisya və 9 müstəqil namizəd mübarizə aparır

    Sofiya. 26 mart. REPORT.AZ/ Bu gün Bolqarıstan Xalq Məclisinə (Parlament) 44-cü çağırış növbədənkənar seçkilər keçirilir.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-da başlayacaq seçkilər 22:00-da yekunlaşacaq.

    Deputat mandatı uğrunda 12 partiya, 9 koalisya və 9 müstəqil namizəd mübarizə aparır. Ümumilikdə 31 seçki dairəsi üzrə 4680 namizəd qeydə alınıb. Seçki günü Bolqarıstanda 12 min, ölkə hüdudlarından kənarda, Azərbaycan da daxil olmaqla 70 dövlətdə 371 seçki məntəqəsi açılıb. Seçici siyahısında səsvermə hüququna malik təqribən 7 milyon seçici qeydiyyata alınıb. Seçki günü ölkə üzrə ictimai təhlükəsizliyi 14 min polis qoruyacaq.

    “Alfa Risörç” təşkilatının seçki öncəsi apardığı sorğunun nəticəsinə görə, parlamentdə 5 partiyanın namizədləri deputat adı qazanacaq. Əsas mübarizə isə hazırda hakim “Bolqarıstan Sosialist Partiyası” və müxalifətdə olan “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) partiyası arasında gedəcək. Respondentlərin 29,1%-i iqtidar, 31,7%-i müxalifət partiyasına səs verəcəklərini bildiriblər.

    Bolqarıstan prezidenti Rumen Radev yanvarın 24-də, yəni prezident səlahiyyətlərinin icrasına başladığı 2-ci gündə 43-cü çağırış Xalq Məclisinin (Parlament) yanvarın 27-də buraxılması barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi 26 mart tarixinə təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi