Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, saat 20:00-da (Bakı vaxtı ilə 21:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi bağlanıb, seçki komissiyaları səslərin hesablanmasına başlayıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a (17:00) seçici fəallığı 25,58 % təşkil edib, səsvermədə 1,7 milyona yaxın insan iştirak edib.
Seçkilərdə ciddi qanun pozuntuları qeydə alınmayıb.
Qeyd edək ki, Bolqarıstan Milli Assambleyasında 240 yer uğrunda 22 partiya və altı koalisiyanın nümayəndələri mübarizə aparır.